Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirən qadının məhkəməsi başlayıb

Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirən qadının məhkəməsi başlayıb Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
6 İyul , 2018 09:57
Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirən qadının məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıblar. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən İrina Qorolovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi