"AZZA"ya silahlı basqında pul və içki aparılıb

"AZZA"ya silahlı basqında pul və içki aparılıb Bakıda quldurluqda təqsirləndirilən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2332
11 Avqust , 2020 14:26
AZZAya silahlı basqında pul və içki aparılıb

Bakıda quldurluqda təqsirləndirilən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70 ünvanında yerləşən "AZZA" şirniyyat dükanına baş verib. 

A.Abdullayev satıcıları bıçaqla öldürməklə hədələyərək, kassadakı pulları tələb edib. O, kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Orphus sistemi