"AZZA"ya silahlı basqın edən şəxs hakim qarşısına çıxarılır

"AZZA"ya silahlı basqın edən şəxs hakim qarşısına çıxarılır Bakıda quldurluqda təqsirləndirlən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
7 May , 2020 10:07

Bakıda quldurluqda təqsirləndirlən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İlham Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70 ünvanında baş verib.

İttihama görə, A.Abdullayev həmin ünvanda yerləşən "AZZA" şirniyyat mağazasına daxil olaraq, orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

O, satıcıdan kassadakı pulları tələb edib və 950 manat, həmçinin 1 şüşə "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi