Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Hadisə
11 Mart , 2024 14:44
Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı 15 saylı cəzaçəkmə müəssisəsinə azyaşlının cibində narkotik keçirilməsinin qarşısını alıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkum Əfləddin Seyfullazadə ilə görüşə gələn tanışı Ülviyyə Rzayevanın və onunla olan azyaşlının əşyalarına və üzərilərinə baxış keçirilən zaman sonuncunun şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

Son xəbərlər

Orphus sistemi