Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verilib

Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verilib Bərdə. 7 fevral. REPORT.AZ/ Bərdə rayonunda bir neçə gün əvvəl küçəyə atılan iki azyaşlı körpələr evinə verilib.
Hadisə
7 Fevral , 2019 21:49
Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verilib

Bərdə. 7 fevral. REPORT.AZ/ Bərdə rayonunda bir neçə gün əvvəl küçəyə atılan iki azyaşlı körpələr evinə verilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə Bərdə rayon Uşaq Xəstəxanasının baş həkimi Rafael Mustafayev bildirib.

O, qeyd edib ki, azyaşlılar Gəncə şəhərində yerləşən körpələr evinə yerləşdirilib.

Baş həkimin sözlərinə görə, uşaqlar bir neçə gün xəstəxanada saxlanılıb. Sonra sənədlər rəsmi qaydada təqdim edilib və azyaşlılar körpələr evinə göndərilib.

Qeyd edək ki, daha əvvəl Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.

Son xəbərlər

Orphus sistemi