AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparılıb - EKSKLÜZİV

AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparılıb - EKSKLÜZİV Buna səbəb avtomobilin 7 200 manatlıq ödənilməmiş cərimələrinin olmasıdır
Hadisə
27 Sentyabr , 2017 10:33
AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparılıb - EKSKLÜZİV

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.

“Report”un məlumatına görə, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.

Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.

Son xəbərlər

Orphus sistemi