AzTV-nin mətbuat xidməti Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib

AzTV-nin mətbuat xidməti Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib Xatirə Qasımova açıqlama verib
Hadisə
27 Sentyabr , 2017 11:23
AzTV-nin mətbuat xidməti Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzTV-nin rəhbəri sədri Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib.

X.Qasımova “Report”un sorğusuna cavab olaraq onlarda belə məlumatın olmadığını deyib: “Bu xəbər doğru deyil”.

Qeyd edək ki, keçən həftə A.Alışanovun avtomobili cərimə meydançasına aparılıb. Buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır. Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.

Son xəbərlər

Orphus sistemi