​“Aztelekom” mühəndislik şirkətini məhkəməyə verib

​“Aztelekom” mühəndislik şirkətini məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
20 Fevral , 2016 17:37
​“Aztelekom” mühəndislik şirkətini məhkəməyə verib

Bakı. 20 fevral. REPORT.AZ/ “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İstehsalat Birliyi (İB) “SST Mühəndislik və Maşınqayırma” MMC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, İB cavabdehdən 3 717 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3 747 manat məbləğində pulun “Aztelekom” İstehsalat Birliyi Kabel Magistrallarının Texniki Qovşağının xeyrinə tutulması barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan “SST Mühəndislik və Maşınqayırma” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi