“Aztelecom”dan oğurluq edilib

“Aztelecom”dan oğurluq edilib “Aztelecom” MMC-də oğurluq olub.
Hadisə
4 Dekabr , 2021 12:26
“Aztelecom”dan oğurluq edilib

“Aztelecom” MMC-də oğurluq olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zəylik, Alunitdağ və Kəmərqaya kəndləri ərazisindən “Aztelecom” MMC-yə məxsus rabitə naqillərini oğurlamaqda şübhəli bilinən Daşkəsən şəhər sakinləri R.Əlizadə və S.Abbasova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi