“AzSığorta” “Akkord”u məhkəməyə verib

“AzSığorta” “Akkord”u məhkəməyə verib Sığorta şirkəti subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb
Hadisə
101
7 Noyabr , 2015 16:38
“AzSığorta” “Akkord”u məhkəməyə verib

Bakı. 7 noyabr. REPORT.AZ/ “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, sığorta şirkəti subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan “Akkord” şirkəti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən “Akkord” 2005-ci ildə təsis edilib.

Son xəbərlər

Orphus sistemi