"Azərsu"yun sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

"Azərsu"yun sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
16 Aprel , 2019 14:22
Azərsuyun sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb
Report
0 : 00
0 : 00

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

İttiham aktına əsasən, "Azərsu"yun sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi