“Azərsu” ASC-nin idarə rəisi cərimələndi

“Azərsu” ASC-nin idarə rəisi cərimələndi “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov işçini qanunsuz işdən çıxardığına görə cərimələnib
Hadisə
250
30 Mart , 2021 14:12
“Azərsu” ASC-nin idarə rəisi cərimələndi

“Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov işçini qanunsuz işdən çıxardığına görə cərimələnib.

“Report”un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə yazıb.

Bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Cərimə protokolu ilə razılaşmayan Xürrəm Hüseynov məhkəməyə müraciət edib. Şikayətə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi