“Azərpoçt”un şöbəsindən dəmir seyf oğurlanıb

“Azərpoçt”un şöbəsindən dəmir seyf oğurlanıb Seyf boş imiş
Hadisə
26 Aprel , 2017 15:35
“Azərpoçt”un şöbəsindən dəmir seyf oğurlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda “Azərpoçt” MMC-yə məxsus poçt məntəqəsindən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən Xankəndi poçt şöbəsində qeydə alınıb.

Oğurluq edən şəxs və ya şəxslər şöbənin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla orada olan dəmir seyfi oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı seyfin boş olduğu məlum olub.

Son xəbərlər

Orphus sistemi