Yuxarı

​“Azərkosmos” ASC-nin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. “Azərkosmos” ASC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Azərkosmos” ASC VN-in departamentini məhkəməyə verib. Şirkət aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərkosmos” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi