​“Azərişıq”ın əməkdaşına cinayət işi açılıb

​“Azərişıq”ın əməkdaşına cinayət işi açılıb Eldəniz Həsənov ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmaqda şübhəli bilinir
Hadisə
28 Sentyabr , 2015 18:17
​“Azərişıq”ın əməkdaşına cinayət işi açılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi