“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib Azərişıq ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Hadisə
1 Dekabr , 2019 21:41
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. 

Bu  barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, bununla bağlı səhmdar cəmiyyətinin rəhbərliyi xüsusi göstəriş verib.

Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentin əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.

"Onu da qeyd edim ki, hazırda "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısını operativ surətdə almaq məqsədilə əlavə material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhərinin ətraf kənd-qəsəblərinə və regionlara göndərilib"- deyə Tanrıverdi Mustafayev əlavə edib.

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib: "Azərışığ"ın ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edirəm baş verən kəsintilərlə bağlı bizim çağrı mərkəzinə məlumat versinlər".

Son xəbərlər

Orphus sistemi