Yuxarı

“Azərişıq”: Cəlilabadın dağ kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib

Hazırda Cəlilabadın bütün əraziləri elektrik enerjisi ilə təchiz edilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Yanvarın 28-də baş verən qəza nəticəsində Cəlilabad rayonunun dağ kəndlərinə elektrik enerjisinin ötürülməsində problem yaranmış xətt üzrə həmin gün saat 16.00-dan etibarən iş rejimi bərpa olunub.

Bu barədə "Report"a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təmir-bərpa işləri başa çatdırılıb və bütün kəndlərə fasiləsiz elektrik enerjisinin verilməsi təmin edilib.

"Hazırda Cəlilabadın bütün əraziləri elektrik enerjisi ilə təchiz edilir", - deyə qurumun məlumatında qeyd olunub.

Xatırladaq ki, bu gün Cəlilabadda 35 min kilovatlıq elektrikötürücü xəttin sıradan çıxması nəticəsində raonun rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi