“Azərişıq” ASC-yə məxsus kabel oğurlanıb

“Azərişıq” ASC-yə məxsus kabel oğurlanıb Bakı. 24 mart. REPORT.AZ/ Martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.
Hadisə
24 Mart , 2018 12:45
“Azərişıq” ASC-yə məxsus kabel oğurlanıb

Bakı. 24 mart. REPORT.AZ/ Martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi