“Azəriqaz” koronavirusla bağlı aksiyaya qoşuldu - VİDEO

“Azəriqaz” koronavirusla bağlı aksiyaya qoşuldu - VİDEO “Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur.
Hadisə
23 Mart , 2020 18:09
“Azəriqaz” koronavirusla bağlı aksiyaya qoşuldu - VİDEO
0 : 00
0 : 00

“Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur.

İstehsalat Birliyindən “Report”a bildirilib ki, Birlik bayram günlərində də 2 milyon 300 minə yaxın abonentin qaz təchizatında fasilələr olmaması üçün iş başındadır:

“Qeyd edək ki, Nazirlər Kabinetinin qərarları, tələb və tövsiyələri nəzərə alınaraq bir çox sahələrdə çalışan insanlar artıq əmək fəaliyyətindən ayrılaraq evdən bayıra çıxmır. Yəni biz də, həkimlər də, başqa qurumlar da çalışır ki, hamı evində rahat otura bilsin. Bu zəhmətimiz hədər olmasın deyə, özünüzü təhlükəyə atmayın! Virusa birlikdə qalib gələk!”.

Bu barədə hazırlanan video material aşağıdakı “YouTube” ünvanında yerləşdirilib:

Son xəbərlər

Orphus sistemi