"Azəriqaz”a məxsus 2 000 manatlıq borular oğurlayan şəxs tutulub

Hadisə
  • 07 noyabr, 2022
  • 08:21
Azəriqaz”a məxsus 2 000 manatlıq borular oğurlayan şəxs tutulub

"Azəriqaz” İstehsalat Birliyinə (İB) məxsus 2 000 manat dəyərində dəmir borularını oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2 000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

44 - Tezliklə