Yuxarı

“Azərdəmiryol”a məxsus yükdaşıyan elektrovozda yanğın baş verib

Yanğını yanğınsöndürənlər söndürüb

Bakı. 30 aprel. REPORT.AZ/ “Azərdəmiryol” QSC-yə məxsus yükdaşıyan elektrovozda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında “Azərdəmiryol” QSC-yə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğını yanğınsöndürənlər söndürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi