Azərbaycanda toyda ölüm hadisəsi baş verib

Azərbaycanda toyda ölüm hadisəsi baş verib Ölümün səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq
Hadisə
286
29 Avqust , 2015 10:01
Azərbaycanda toyda ölüm hadisəsi baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Astara sakini toyda ölüb. "Report"un məlumatına görə, rayonun Şahağacı kəndinin sakini, 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun qəfildən halı pisləşib. O, iştirak etdiyi toy məclisində dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, mərhumun ürəyində qüsur olub. 

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi