Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir
Hadisə
11 Dekabr , 2015 10:19
Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO

Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib. "Report" xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Əməliyyat məlumatı əsasında müəyyən olunub ki, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün içərisində  narkotik maddələr olan bağlama gizlədilib. 

Dövlət sərhədi yaxınlığında gizlədilən 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi