Ermənilərin məhkəməsində zərərçəkmişlər ifadə verib - YENİLƏNİB

Ermənilərin məhkəməsində zərərçəkmişlər ifadə verib - YENİLƏNİB Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.
Hadisə
204
14 İyul , 2021 13:14
Ermənilərin məhkəməsində zərərçəkmişlər ifadə verib - YENİLƏNİB
Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Zərərəçəkmiş Babayev Kamil İdris oğlu üzləşəndə ibtidai istintaqa ifadəsini təsdiqləyib.

Daha sonra prokuror zərərçəkmişə suallar verib:

“Təqsirləndirilən şəxsləri necə tanıdınız?”

Zərərçəkmiş Kamil Babayev deyib ki, o Mkrtçyan və Xosrovyanı şəkillərlə tanıyıb:

"Şəkillərdən bildim ki, bunlar bizə işgəncə verənlərdir. Şəkillərə baxan kimi tanıdım".

Təqsirləndirilən şəxsə suallar verən zərərçəkmiş Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyan onlara amansız işgəncə verib: "Xosrovyan əvvəl saçlı idi, indi saçları tökülüb. Amma burnunun əyriliyi hələ də qalıb. Bizimlə Azərbaycan dilində sorğu-sual edirdi, amma döyəndə ermənicə söyürdü".

Zərərçəkmiş Rauf Qafarov isə bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisi Şuşa türməsində ona amansız işgəncə verib.

Zərərçəkmişin suallarını cavablandıran təqsirləndirilən şəxs Lüdvik Mkrtçyan bildirib ki, o, 1993-cü ilin iyul avqust ayında Suqovuşanla Hadrutda olub və 1 ay müharibədə iştirak edib. Zərərçəkmiş şəxs isə deyib ki, L.Mkrtçyan 1992-ci ildən Şuşa həbsxanasında olub.

Digər zərərçəkmiş Famil Əliyev isə deyib ki, ilk əvvəl ibtidai istintaqda onları adları ilə tanımayıb: "Mənə dedilər ki Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyanı tanıyırsanmı? Mən də dedim elə adamları tanımıram. Sonra şəkillər göstərdilər və "Lyoxa" və "Loşa"nı tanıdım. Dedilər ki, həmin şəxslər Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyandır".

Digər zərərçəkmiş Həbib Kazımov deyib ki, təqsirləndirilən şəxslər ona əsirlikdə işgəncə veriblər: "İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam".

Zərərçəkmiş Cavid Hüseyn qeyd edib ki, istintaq dövründə təqsirləndirilən şəxsləri tanımaqla bağlı təsir olmayıb:

“28 il keçsə də, həmin işgəncələri unutmamışam. Hər gün gözümün qabağında canlanır. İlk bizə fotosunu göstərəndə Mkrtiçyan Lüdvik olduğunu dedilər. Mən onun "Lyoxa" olduğunu dedim. Gözünün altında olan qara ləkədən tanıdım. Orada hərdən buna "Lüdvik" deyə çağırırdılar. Biz istintaqa illər əvvəl haqlarında məlumatı vermişdik. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın? Başını aşağı salaraq tanıdığını etiraf etdilər. Mən o vaxt bu şəxslərə demişdim ki, vaxt gələcək siz bizim qarşımızda cavab verəcəksiz.

Şuşa türməsində Lüdvik Mktrçyanla Alyoşa Xosrovyanın iştirakı ilə gözümü çıxardılar. 1995-ci ildə Yohan adlı ermənilərin "milli qəhrəman"ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı ki, müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözünü çıxardı. Dedilər ki, nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib".

Hakim məhkəmə istintaqın tamamlanması ilə bağlı tərəflərə təklif edib.

Prokuror gələn prosesdə bu məsələyə münasibət bildirəcəyini deyib.

Proses iyunun 28-də davam edəcək.

10:41

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

"Report"un xəbərinə görə, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdırlacağı gözlənilir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi