Almaniyada azərbaycanlılar ilə qaradərililər arasında kütləvi dava baş verib

Almaniyada azərbaycanlılar ilə qaradərililər arasında kütləvi dava baş verib Kütləvi davaya səbəb şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub
Hadisə
13 Fevral , 2019 09:47
Almaniyada azərbaycanlılar ilə qaradərililər arasında kütləvi dava baş verib
0 : 00
0 : 00

Berlin. 13 fevral. REPORT.AZ/ Almaniyanın Frankfurt-Mayn şəhərində azərbaycanlılar ilə kamerunlular (Afrika) arasında kütləvi dava olub, iki azərbaycanlı xəsarət alıb.

“Report”un Berlin bürosunun verdiyi məlumata görə, kütləvi davaya şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.

Yer üstündə yaranan anlaşılmazlıq və kamerunlunun təhqiri mübahisəyə daha sonra isə əlbəyaxa davaya çevrilib. Təxminən, 10 nəfərə yaxın kamerunlunun və 5 nəfər azərbaycanlının arasında baş verən davada Cəbiyev RuslanKərimov Tahir adlı azərbaycanlı baş və qol nahiyələrindən xəsarət alıblar. Hər iki tərəf polis tərəfindən saxlanılaraq cərimələniblər. 

Son xəbərlər

Orphus sistemi