Azərbaycanlılar Brüsseldə həmrəylik aksiyası keçirib

Azərbaycanlılar Brüsseldə həmrəylik aksiyası keçirib Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanlılar Brüssel şəhərində Azərbaycanın Belçikadakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında həmrəylik aksiyası keçiriblər.
Hadisə
9 Aprel , 2018 14:02
Azərbaycanlılar Brüsseldə həmrəylik aksiyası keçirib

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanlılar Brüssel şəhərində Azərbaycanın Belçikadakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında həmrəylik aksiyası keçiriblər. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbir Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə baş tutub. 

Aksiya iştirakçıları Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birləşərək xalqımızın və dövlətimizin mənafelərini qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənmiş fəaliyyətini pisləyib. Bir qrup vətənpərvərlik hisslərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada “Hər zaman hər yerdə səninləyik Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Soydaşlarımız daha sonra Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun olaraq, seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi