Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb - YENİLƏNİB

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb - YENİLƏNİB Tələbənin valideynləri ağır xəsarət alıblar
Hadisə
17 Noyabr , 2017 12:21
Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb - YENİLƏNİB

Gəncə. 17 noyabr. REPORT.AZ/ Türkiyədə partlayış zamanı dünyasını dəyişən azərbaycanlı tələbənin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Türkiyədə təhsil alan, Samux rayonunun Qarabağlılar kənd sakini, 1998-ci il təvəllüdlü Murad Etibar oğlu Allahverdiyevin yaşadığı evdə qaz sobası partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı Murad və onun valideynləri xəstəxanaya yerləşdirilib. M.Allahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb. Onun valideynləri isə Azərbaycana yola salınıb. Bu gün Muradın meyiti Azərbaycana göndəriləcək. 

Məlumata görə, valideynlərinin Muradın ölümündən xəbəri yoxdur.

Qarabağlılar kənd icra nümayəndəsinin "Report"a bildirib ki, M.Allahverdiyev Trabzonda ali təhsil alırmış, valideynləri isə Samsunda işləyib, orada da kirayədə yaşayırmışlar. M.Allahverdiyev valideynlərinin yanına gəlibmiş, hadisə də elə həmin evdə baş verib.


***11:40

Gəncə. 17 noyabr. REPORT.AZ/ Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb. 

Bu barədə "Report"un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü  Etibar israfil oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib. 

Son xəbərlər

Orphus sistemi