Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib

Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib Astana. 22 yanvar. REPORT.AZ/ Qazaxıstanda daha bir axtarışda olan azərbaycanlı saxlanılaraq başqa ölkəyə təhvil verilib.
Hadisə
25 Yanvar , 2019 10:45
Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib

Astana. 22 yanvar. REPORT.AZ/ Qazaxıstanda daha bir axtarışda olan azərbaycanlı saxlanılaraq başqa ölkəyə təhvil verilib.

“Report”un Astana bürosunun verdiyi məlumata görə, Rusiyada axtarışda olan azərbaycanlı, 1985-ci il təvəllüdlü Çubayev Məhəmməd Sultan oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.

O, quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl digər Rusiyada axtarışda olan azərbaycanlı Əliyev Nuru Baxşı oğlu da Qazaxıstanın Pavlodar şəhərində saxlanılaraq geri təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi