​Azərbaycanlı Rusiyada kimyəvi qatqılı maddə alarkən tutulub

​Azərbaycanlı Rusiyada kimyəvi qatqılı maddə alarkən tutulub Həmyerlimizə qarşı cinayət işi başlanıb
Hadisə
1 Fevral , 2015 08:15
​Azərbaycanlı Rusiyada kimyəvi qatqılı maddə alarkən tutulub

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiyanın Kirov vilayətində Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə NDNFX-nın Kirov vilayəti üzrə İdarəsinin məlumatında bildirilir.

Həmyerlimiz ötən ilin sonlarında çəkmək üçün nəzərdə tutulmuş kimyəvi qarışıqlı spays maddəsi alarkən tutulub. İstintaqa məlum olub ki, soydaşımız bir dəfə artıq Kirova gəlib və Rusiya ərazisindən çıxarılıb.

Lakin o, soyadını dəyişərək yenidən Rusiyaya yola düşüb. Soydaşımız yeni soyad ilə maneəsiz olaraq sərhədi keçib, lakin onu Rusiya NDNFX-sının əməkdaşları saxlayıblar və həmyerlimizə qarşı cinayət işi başlanıb.

Hazırda iş məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi