​Azərbaycanlı Rusiyada 32 yaşlı kişini qətlə yetirib

​Azərbaycanlı Rusiyada 32 yaşlı kişini qətlə yetirib Hadisə "Zvezda Vostoka" kafesi yaxınlığında baş verib
Hadisə
14 İyul , 2015 08:21
​Azərbaycanlı Rusiyada 32 yaşlı kişini qətlə yetirib

Bakı. 14 İyul. REPORT.AZ/ Kemerovo vilayət məhkəməsi ötən ilin aprelində "Zvezda Vostoka" ("Şərq ulduzu") kafesi yaxınlığında ziyarətçilərdən birini qətlə yetirən və daha iki nəfəri yaralayan 31 yaşlı azərbaycanlını 11 il müddətinə azadlıqdan məhrum edib.

"Report"un məlumatına görə, istintaq müəyyən edib ki, cinayətin baş verməsinə gecə kafe ərazisində sonradan davaya çevrilən münaqişənin yaranması səbəb olub.

Müəssisə mühafizəçisi dava iştirakçılarını sakitləşdirdikdən sonra kafenin dörd müştərisi küçəyə çıxıb və azərbaycanlı avtomobil dayanacağında onlara hücum edib.

Nəticədə 32 yaşlı kişi qətlə yetirilib, daha iki nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, həmyerlimiz hadisəni törətdikdən sonra bir ay ərzində istintaqdan yayına bilib. Lakin sonradan yaxınlarının məsləhəti ilə o, günahını boynuna alıb.

Adı açıqlanmayan həmyerlimiz cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək.

Son xəbərlər

Orphus sistemi