Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı İjevsk şəhərində 10 il saxta sənədlərlə başqasının adı altında yaşayıb. Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Bununla yanaşı, Vidadi Heydərov hər hansı əşyanı silah qismində istifadə etməklə insan həyatı üçün təhlükəli olan qəsdən bədənə ağır zərər vurma maddəsi ilə də günahlandırılır.
Saxlanılaraq həbs qətimkan tədbiri seçilən zaman, bu şəxs Sübhi Əliyevə məxsus sənədlər təqdim edib.
Bu ad altında o, Udmurtiya ərazisində 10 ildən artıq yaşayıb və burada həbs olunaraq 5 il həbsxana həyatı da keçirib.
Onun Əliyev deyil Heydərov olmasını azərbaycanlı yalnız məhkəmədə bildirib. Təqsirləndirilən şəxsin kimliyini dəqiqləşdirmək üçün, müstəntiq 1 il vaxt sərf edib. Bir çox sorğular göndərilib, xeyli üzləşdirmələr keçirilib.
Həqiqi məlumatları yalnız Azərbaycanın səlahiyyətli orqanları tərəfindən təqdim olunan material əsasında müəyyən etmək mümkün olub.
Yaxın gələcəkdə təqsirləndirilən şəxs məhkəmə qarşısında duracaq.