Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb

Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb Astana. 22 yanvar. REPORT.AZ/ Rusiyada axtarışda olan azərbaycanlı, 1978-ci il təvəllüdlü Əliyev Nuru Baxşı oğlu Qazaxıstanın Pavlodar şəhərində saxlanılıb.
Hadisə
22 Yanvar , 2019 17:19
Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb

Astana. 22 yanvar. REPORT.AZ/ Rusiyada axtarışda olan azərbaycanlı, 1978-ci il təvəllüdlü Əliyev Nuru Baxşı oğlu Qazaxıstanın Pavlodar şəhərində saxlanılıb.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, saxlanılan azərbaycanlı quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Onunla bərabər digər azərbaycanlı da axtarışa verilib. Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi