Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 13-nı təyin edilib
Hadisə
3 Dekabr , 2018 14:51
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları xarici ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Gülnar Alıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, G.Alıyevaya 3 azərbaycanlı qadını Türkiyədə cinsi istisamara məruz qoymaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi