Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsin cinayət işi məhkəməyə göndərilib Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Fidan Babayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 Yanvar , 2019 18:15
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Fidan Babayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.

Cinayət işində 3 zərərçəkmiş qadın var.

Qeyd edək ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fidan Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məlum olub ki, o, bir neçə qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. F.Babayeva bu əməlləri 2006-2008-ci illərdə törədib.

Türkiyədən qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib.

Şikayət əsasında 2009-cu ildən F.Babayevanın barəsində "İnterpol" kanalları vasitəsilə axtarış elan edilib. O, ötən il saxlanılıb.

Son xəbərlər

Orphus sistemi