Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadına hökm oxunub

Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadına hökm oxunub Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Yanvar , 2018 11:27
Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadına hökm oxunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında V.Mürşüdovanın 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə axtarış elan edilib. 2017-ci il sentyabr ayının 22-də o, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar V.Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.

Son xəbərlər

Orphus sistemi