Azərbaycanlı qadın qanunsuz şəkildə valyuta çıxarmağa cəhdə görə Hindistan aeroportunda saxlanılıb

Azərbaycanlı qadın qanunsuz şəkildə valyuta çıxarmağa cəhdə görə Hindistan aeroportunda saxlanılıb Bakı. 16 noyabr. REPORT.AZ/ Hindistanın gömrük işçiləri Yeni Dehlidəki İndira Qandi aeroportunda qanunsuz şəkildə ölkədən böyük həcmdə valyuta çıxarmağa çalışan azərbaycanlı qadını saxlayıb.
Hadisə
16 Noyabr , 2017 10:26
Azərbaycanlı qadın qanunsuz şəkildə valyuta çıxarmağa cəhdə görə Hindistan aeroportunda saxlanılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Hindistanın gömrük işçiləri Yeni Dehlidəki İndira Qandi aeroportunda qanunsuz şəkildə ölkədən böyük həcmdə valyuta çıxarmağa çalışan azərbaycanlı qadını saxlayıb.

"Report" Hindistan KİV-inə istinadən xəbər verir, təqribən 40 yaşında olan şübhəli şəxs İstanbula uçmağa hazırlaşarkən saxlanılıb.

Gömrük işçiləri baxış zamanı qadında gömrük bəyannaməsində göstərilməyən, avro və Britaniya funt sterlinqi valyutasında olan 3,3 milyon rupi (50,5 min ABŞ dolları) aşkar edib.

Azərbaycanlı qadın həbs olunub.

Son xəbərlər

Orphus sistemi