Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivalda nümayiş olunub

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivalda nümayiş olunub Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.
Hadisə
28 Yanvar , 2019 21:13
Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivalda nümayiş olunub

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq və qaliblər elan olunacaq.

Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O, hazırda Milli Paralimpiya Komitəsinin baş katibidir.

Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi