Azərbaycanın üç rayonunda hektarlarla sahə yanıb

Azərbaycanın üç rayonunda hektarlarla sahə yanıb Cəlilabad, Biləsuvar və Qəbələ ayonlarında hektarlarla sahə yanıb
Hadisə
30 İyun , 2015 06:15
Azərbaycanın üç rayonunda hektarlarla sahə yanıb

Bakı. 30 İyun. REPORT.AZ/ Cəlilabad, Biləsuvar və Qəbələ ayonlarında ötən gün hektarlarla sahə yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunun Üçtəpə kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb.

Biləsuvar rayonuunda da bələdiyyəyə məxsus ərazidə yanğın baş verib Belə ki, 25 ha biçilmiş taxıl sahəsi yanıb.

Qəbələ rayonunda isə hadisə Quşlar kəndinin ərazisində baş verib. Rayon mərkəzindən 44 km aralıda yerləşən bu kəndin bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmış və 300 kv.m sahədə biçilməmiş taxıl sahələri yanın. 

Son xəbərlər

Orphus sistemi