Şimal bölgəsində leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılıb - YENİLƏNİB

Şimal bölgəsində leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılıb - YENİLƏNİB Leysan yağışlarının respublikanın şimalında törətdiyi fəsadlar aradan qaldırılıb.
Hadisə
2 İyul , 2019 16:41
Şimal bölgəsində leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılıb - YENİLƏNİB

Leysan yağışlarının respublikanın şimalında törətdiyi fəsadlar aradan qaldırılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba və Xaçmaz rayonlarında çaylarda suyun artması müşahidə olunub.

Quba rayonunda sel suları Vəlvələ və Qudyal çaylarının sahilində yüksək gərginlikli elektrik xətlərinin dirəklərini aşırıb.

Sel suları Quba 110/35/10 yarmstansiyasından çıxan 35 kv-luq Təngəaltı-Qonaqkənd hava xəttinin, Təngəaltı-Qonaqkənd hissəsindəki torpaq ərazisini yuyaraq çayın hövzəsindən 20-30 m ətrafda quraşdırılmış 35 kv-luq metal-konstruksiyalı dayağı aşırıb.

Nəticədə rayonun dağlıq ərazilərində yerləşən kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

"Azərişıq" ASC-nin Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları qəzanın nəticələrini  aradan qaldırıb və elektrik enerjisinin verilişi bərpa edilib.

Həmçinin Qudyal çay hövzəsində də güclü daşqın olub. Nəticədə Quba şəhərinin bir hissəsi və Qırmızı Qəsəbəni enerji ilə təmin edən yarımstansiyaya gələn 6 kv-luq 2 dövrəli dayağı sel aşırıb.

Burada da fəsadlar qısa bir zamanda aradan qaldırılıb.


*** 15:45

Azərbaycanın şimal bölgəsinə yağan leysan yağışları bir sıra fəsadlar törədib. 

"Report"un Şimal bürosunun məlumatına görə, Quba və Xaçmaz rayonlarında çaylarda suyun səviyyəsi artıb. 

Eyni zamanda Qubanın Vəlvələ və Qudyal çaylarının sahilindən keçən hissəsində olan yüksək gərginlikli elektrik dirəklərini sel suları aşırıb. Həmçinin Xaçmazın Qarğalıq kəndindən keçən hissəsində Qaraçay çayı məcrasından çıxaraq yaşayış məntəqəsinin bir hissəsindəki küçələrə və yola axıb.

Son xəbərlər

Orphus sistemi