Azərbaycanın şəhid sərhədçisi dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycanın şəhid sərhədçisi dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
8 Yanvar , 2020 16:33
Azərbaycanın şəhid sərhədçisi dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 12:12

Azərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, şəhidin nəşi torpağa tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi