Azərbaycan səfirlərindən birinin oğlu istintaqa cəlb olunub
Hadisə
- 20 avqust, 2015
- 10:51
Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. “Report”un məlumatına görə, Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub.
Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib.
A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb.
Qeyd edək ki, iş üzrə aparılan araşdırmalar çərçivəsində həbs edilən “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov Anar Həsənovun qayınatası, yəni səfir Abbasəli Həsənovun qudasıdır.
Son xəbərlər
11:48
IRENA: Azərbaycan Mərkəzi Asiya və Avropanın enerji bazarlarını əlaqələndirməyə qadirdir
Energetika11:44
Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib
Futbol11:43
Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
Ekologiya11:42
Agentlik sədri: "Damüstü günəş panellərinin istifadəsi yaxın vaxtlarda genişlənəcək"
Energetika11:41
"Alfa.lt": Avropa strukturları Azərbaycanı tənqid edir, lakin Ermənistanda siyasi təqibləri görmür
Xarici siyasət11:41
Qismət Alıyev Azərbaycan çempionatında 250-ci oyununu keçirib
Futbol11:38
Cavid Abdullayev: "Gələn ilin sonuna 11 yeni enerji stansiyası şəbəkəyə qoşulacaq"
Energetika11:38
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları tarixi maksimuma çatıb
Region11:36