Yuxarı

Azərbaycanın qərbində zəlzələ baş verib

Zəlzələnin maqnitudası 3,1 bal təşkil edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Ötən gecə Ağstafa rayonunda zəlzələ qeydə alınıb.

"Report"un Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət mərkəzinə istinadən verdiyi məlumata görə, noyabrın 1-də yerli vaxtla saat 23:31-də Qazaxdan 28 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 11 km olan zəlzələ hiss edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi