Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başa çatıb

Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başa çatıb Tbilisi. 11 aprel. REPORT.AZ/ Azərbaycanda keçirilən Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermə saat 19:00-da başa çatıb.
Hadisə
11 Aprel , 2018 19:16
Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başa çatıb

Tbilisi. 11 aprel. REPORT.AZ/ Azərbaycanda keçirilən Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermə saat 19:00-da başa çatıb.

Səfirlikdən "Report"un Gürcüstan bürosuna bildiriblər ki, səfirlikdə siyahı üzrə qeydiyyatdan keçən 557 seçicinin 90 faizindən çoxu səsvermədə iştirak edib.

Məlumat üçün qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal seçki dairəsinin 32 saylı seçki məntəqəsi yaradılmışdı.

Son xəbərlər

Orphus sistemi