Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyi aşkarlanıb

Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyi aşkarlanıb Bakı. 4 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.
Hadisə
8563
4 Fevral , 2019 17:22
Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyi aşkarlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.

Komitədən “Report”a verilən məlumata görə, idarənin "Hövsan Dəniz" gömrük postuna İrandan göndərilən döşəmə üçün plitələr və kafel yüklü "Adrina" gəmisi daxil olub.

İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.

Yuxarıda qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar "Hövsan Dəniz" gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1 590 170 kq. çəkidə olan 58 688,25 m2 (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə "Adrina" gəmisi vasitəsilə idxal olunan və 58 688,25 m2 kimi bəyan olunan malların sənədlərdə göstərilən miqdardan 17 721,99 m2 artıq, toplam 76 410,24 m2 olduğu məlum olub.

Bu səbəbdən də yuxarıda ad və sayları qeyd edilən mallar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan Dəniz" gömrük postunun ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi