Azərbaycanın dövlət sərhədini pozaraq İrana getmək istəyən Banqladeş vətəndaşları saxlanılıb

Hadisə
  • 03 noyabr, 2018
  • 06:00
Azərbaycanın dövlət sərhədini pozaraq İrana getmək istəyən Banqladeş vətəndaşları saxlanılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiyaya qarşı mühafizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, oktyabrın 31-i saat 19:15 radələrində Biləsuvar rayo­nunun Biləsuvar kəndinin ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş vətəndaşları - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sər­həd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar ra­yonu Əskərabad kənd sakini, 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəh­rəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıb.

R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək hadisədən bir ne­çə gün öncə Banqladeş vətəndaşlarını yaxın qohumu­nun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəy­­yən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.