Yuxarı

Azərbaycanın 3 vətəndaşı Rusiyadan deportasiya edilir

Azərbaycanın 3 vətəndaşı Rusiyadan deportasiya edilir

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Federasiyasının İrkutsk vilayətinin Çunski rayon məhkəməsi Rusiyada qalma rejimini pozan və qalmaq dövrünün sonunda Rusiyanı tərk etməkdən yayınan 3 Azərbaycan vətəndaşının inzibati qayda pozuntusu ilə bağlı işinə baxıb.

"Report" məhkəmənin saytına istinadən xəbər verir ki, məhkəmə Azərbaycan vətəndaşlarını inzibati qayda pozuntusu törətməkdə təqsirləndirib. Nəticədə onlara 2000 rubl inzibati cərimə cəzası verilib və onların Rusiya ərazisindən nəzarət edilən sərbəst çıxış ilə uzaqlaşdırılmasına dair hökm çıxarılıb.

Məhkəmə iclası zamanı Azərbaycan vətəndaşları inzibati qayda pozuntusu ilə bağlı ittihamları tam qəbul ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi