Yuxarı
    Bağlamaq

    Azərbaycandan Ukraynaya 26,4 min dollar aparan şəxs yaxalanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 14 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

    Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10 min ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.

    Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26 400 dollar aşkar edilib.

    Vətəndaş izahatında bildirib ki, 26 400 dollar məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10 min ABŞ dollarından artıq olan 16 400 dolları əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.

    Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10 min dollardan artıq olan 16 400 dolları digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirməyə cəhd göstərib.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi