Azərbaycandan Avstraliyaya poçt bağlamasında 3 kq-dan çox narkotik maddə aparılmasının qarşısı alınıb

Azərbaycandan Avstraliyaya poçt bağlamasında 3 kq-dan çox narkotik maddə aparılmasının qarşısı alınıb Azərbaycanda beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
9 Dekabr , 2019 13:35
Azərbaycandan Avstraliyaya poçt bağlamasında 3 kq-dan çox narkotik maddə aparılmasının qarşısı alınıb

Azərbaycanda beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Bakı Karqo Terminalında Azərbaycandan Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.

Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi