Azərbaycandan 1 mln. Rusiya rublunun qanunsuz çıxarılmasının qarşısı alınıb

Azərbaycandan 1 mln. Rusiya rublunun qanunsuz çıxarılmasının qarşısı alınıb Bakı. 24 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
24 Aprel , 2018 15:40
Azərbaycandan 1 mln. Rusiya rublunun qanunsuz çıxarılmasının qarşısı alınıb
Customs.gov.az

Bakı. 24 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 mln. Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi