Bakı. 7 yanvar. REPORT.AZ/ Goranboy rayonunun Faxralı kəndində Təhsil Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan umumi sahəsi 1100 kv.m olan birmərtəbəli orta məktəb binasının dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.